BEL ÇANTASININ SEÇİMİ VƏ YIĞILMASI
- Gənc Dağçılar Klubu | GDK
- 20 Kas 2015
- 3 dakikada okunur

Ehtiyacınızı ödəyən ən kiçik həçimli bel çantası alın
Bel Çantasının düzgün seçilməsi və yığılması dağçılıqda, təbiət yürüşlərində, səyahətlərdə diqqət edilən məqamlardan biridir. Bel çantası sizin edəcəyiniz fəaliyyətlərdən asılı olaraq dəyişir və bunun üçün bel çantasını seçərkən düzgün qərar verməlisiniz. Çantanızı seçərkən daha çox hansı məqsədlə istifadə edəcəksiniz onu bilməlisiniz. Fəaliyyət istaqamətindən asılı olaraq çantalarınızı seçin. Çantalar müxtəlif ölçülərdə olur. Bel çantaları litrlə hesablanır. Misal bir günlük yürüşlərdə 15-20 litrlik çantalar yetərlidir. Lakin 2-3 günlük təbiət yürüşləri etsəniz 50+ litrlik çantalar ala bilərsiniz.
Çanta alarkən diqqət ediləcək xüsusiyyətlər: bel sistemi necə hazırlanıb, sağlamdırmı yoxsa zəyif yerlərdən cırılacaq kimi görünürmü, çantanın tikişləri davamlıdırmı, çantanın içindəkiləri götürmək yenidən içinə qoymaq rahatdırmı, sukeçirməzlik (rain cover), çantanı böyütmək və kiçiltmək üçün olan qayışları varmı, asqı halqası və buz baltası qayışları varmı, uzun yürüşlərdə çantanın həcmini böyütmək mümkündürmü, misal: uzadıla bilən üst boyunluq varmı və s.
Su keçirməzlik - Bel çantası seçimi edərkən yürüşlərinizdə yağışın da olacağını unutmayın. Yağışlı havalarda yürüyüş edərkən və çantanızı daşıyarkən içərisəndə ki əşyaların və geyimlırinizin islanmamsı üçün çanlarda su keçirtməz üzlüklər (Pack Rain Cover) olur və su keçirməzin hər zaman çantanızda olmasından əmin olun. Yalnız kanyon keçişləri üçün istehsal olunan çantalar su keçirməz olur. Digər çantalar isə gec tez üzlüklərin olmasına baxmayaq su keçirəcəkdir. Bunun üçün də özünüzlə su keçirtməz paketlər götürməniz məsləhətdir ki, yataq kisəsi və geyimləriniz kimi lazımı ləvazimatlarınız islanmasın.
Çeşidlər - Bel çantaları əsas olaraq 3 çeşiddə olur. Uzun yol səyahətləri, bir günlük təbiət yürüşləri və dağçılıq modelləri olaraq bölünür. Bunların istehsalları nə qədər fərqli olsada əsas olan belə düzgün oturmasıdır. Növündən asılı olaraq parçaları və tikilmə formaları da fərqli olur. Əgər bel çantasını uzun müddətli yürüşlərdə və dağçılıq fəaliyyətlərində istifadə edəcəyinizi nəzərə alsaq çanta seçimi zamanı çantanın sağlam parçadan, dözümlü və çox məqəsdli olmasını hər zaman ön planda tutmalısız. Bunlara diqqət etməklə siz turlar zamanı çantada olan partdama, çırılma və qopma hallarının qarşınısı alaraq narahat olmayacaqsınız. Ən əsas bel çantanıza yığdınız lazımsız əşyaların sizi səyahətlər və yürüşlər zamanı yoracağını unutmayın. Bunun üçün də çantanızı yığarkən lazımlı əşyalar götürməli və düzgün yığmalısız ki, yürüşlər zamanı bel quruluşunuza və sağlamlığınıza zərər vurmayasız.
Funksionallıq - Bel çantaları bir necə bolümdən ibarət olur ki, buda lazımı əşyaları və ləvazimatları götürməkdə daha praktikdir. Çantanı yığarkən yolda ehtiyaç olacaq ləvazimatların üst cibə, yan ciblərə və çantanın daha rahat əl çatan hissələrinə qoyulmasına diqqət edilməlidir. Yüngül və ağır ləvazimatları yığarkən ayrı yerləşdirməlisiniz. Ağır ləvazimatlar tarazlığınızın pozulmaması məqsədi ilə çantanın belə yaxın hissələrə yerləşdirməlisiniz. Əgər uzun müddətli yürüşlərdə olacaqsınızsa ağır əşyalar çantanın yuxarı hissəsinə yığılmalıdır. Dırmanışlarda stabililiyi artırmaq və dırmanarkən qollara düşəcək olan ağırlığı azaltmaq üçün ağırlıq mərkəzi daha aşağı, belə daha yaxın olmalıdır. Bel çantanızın rahat daşına bilməsi üçün düzgün yığılması və nizamlanması şərtdir. Çantalarınıza yerləşdirdiyiniz əşyaları qruplaşdırmaq həm daşınmasında sizi yormayacaq, həm də lazımlı ləvazimatlara daha rahat götürə biləcəksiz.
Yüngül və böyük həcimli əşyaları çantanın aşağısına yerləşdirilməlidir. (misal: yataq kisəsi)
Əlavə geyimlər isə yataq kisəsinin üzərinə və kənar hissələrə yerləşdirilir
Yemək və ocak kimi kimi dağa ağır əşyalara çantanın belə yaxın hissələrinə yerləşdirlir.
Yürüyüş zamanı lazım olacaq əşyalar və ləvazimatlar çantanın üst hissəsinə yerləşdirliməlidir.
Çadırlar və Matlar çantanın çölündə alt ya da üst hissədə daşına bilər.
Xəritə, kompas, eynək kimi xırda əşyalar çantanın üst cibinə ya da yan ciblərə yerləşdirilə bilər
Çantanı yığdıqdan sonra son olaraq stabilliyini yoxlamaq üçün edə biləcəyiniz çantanın özü dəstəksiz dik dayanıb dayanmamasıdır.
Bel sistemi - Çantanı yığdıqdan sonra bədəninizə və belinizə uyğun olaraq düzgün şəkildə nizamlamanız şərtir. Bel çantalarında iki cür bel sistemi olur. 1. Sabit bel sistemi- bu tip çantalar müxtəlif ölçülərdə olur. Buna görədə bu tip çanta alarkən geyinib öz ölçünüzə uyğun almalısınız
2. Nizamlanan bel sistəmləri- bu tip çantalarda bel hissəsində fərqli yerlərdə ölçüyə görə dəyişmək olur. Buna uyğun olaraq çantanı boyunuza və bədəninizə uyğun olaraq istənilən nöqtədə nizamlaya bilərsiz.
Bel sistemlərinin məqsədi yükün böyük hissəsinin onurğa vasitəsi ilə çiyinlərədn alınıb daha güclü əzələ qrupları olan omba sümüyünə ötürməkdir. Ağır çantanı uzun müddәt tәk çiyindә daşımaq hәm onurğaya hәm dә çantaya zәrәrdi, ağırlıq tәk bir hissәyә düşür. Bunun üçün çantanızın aşağı hissəsində yəni çanaq sümüyünün üzərində bağlamağı unutmayın. Çantalarınızı nə qədər düzgün şəkildə nizamlamağı bilsəniz və çatanızla beliniz tam olaraq bütünlük təşkil etsə çanta sizə yürüşlərdə o qədər də rahatlıq verəcək.
Çantalarınızı lazımsız əşyalarla yükləyib özünüzü yormayın, düzgün seçim edin!
__________________________________________
© Gənc Dağçılar
Comments