DAĞ AYAQQABISI
- Gənc Dağçılar Klubu | GDK
- 20 Kas 2015
- 2 dakikada okunur

Keçmişdə bütün dağçılıq ayaqqabıları dəri-dən emal edilirdi. Müasir ləvazimatların inkişaf etdirilməsi ilə bərabər, dəriyə qarşı bir neçə variantlar çıxardıldı. Artıq, klassik dəri çəkmələrlə (botlarla) bərabər plastik ayaqqabılar və parça tərkibli dəri çəkmələr də (botlar) istehsal edilməkdədir. Bu cür ayaqqabılar əsasən təbiətə edilən səyahətlərdə istifadə edilir. Ancaq, ümumi məqsədli dağçılıq üçün dəridən emal edilən çəkmələr(botlar) ən yaxşı seçimdir.
Dəri Çəkmələr (botlar)
Dağçıların dəri ayaqqabılara olan sevgilərinin bitməməsinin əsas səbəbi dəri çəkmələrin(botların) son dərəcə istifadəyə yararlı olmasıdır. Ümumi dağçılıq üçün istifadə ediləcək çəkmələr(botlar), daşlara və qayalara sürtünmə nəticəsində aşınmaya dayana bilməli, sərt qarda ayaq izi aça biləcək qədər sağlam olmalı, ancaq manesiz ərazi yürüyüşlərində də yetəri qədər rahatlıqda olmalıdır. Çəkmələr tək bir yürüyüş- dırmanış günündə belə palçıq, su, çınqıl, tikanlı kol, sərt qar, dik qayalara təmas edə bilər. Dəri, bütün çətinliklərə qarşı yaxşı dözən və çəkmə(bot) emalı üçün çox faydalıdır. Dəridən emal edilmiş klassik dağ çəkməsi(botu) aşağdakı özəlliklərə sahibdir:
Maneli ərazilərdə ayaq biləyini qorumaq və dəstəkləmək üçün yüksək bilək hissəsinə.
Sürüşkən otluq, palçıq və qarda yerə tutula bilmək(dayanmaq) üçün vibram növündə tırtıllı daban
Orta sərtlikli daban
Suyun sızmasının qarşısını almaq üçün sıx tikiş
Çəkmənin (botun) içinə suyun girməsinin qarşısını alan körüklü dil
Sürtünməyə qarşı dayana bilmək üçün iki- üç qat dəriylə dəstəklənmiş qalın barmaq ucu və topuq möhkəmliyi
Krampon sürüşmələrini azalatmaq və sərt qarda iz açmağı rahat etmək üçün sərt barmaq möhkəmliyi (içəridən dəstək)
Dik qar yamaçlarında ayağ izi açaraq enmək və ayağın yanlara sürüşməməsi üçün topuq möhkəmliyi.
Donmuş ya da islanmış vəziyyətdə olsa belə rahat geyilə blməsi üçün geniş açılan boğaz.
Dəri/Parça Çəkmələr (botlar)
Ayaqqabı texnologiyasındakı irəliləyiş sayəsində, bəzi hissələrdə dəri yerinə parçalardan istifadə edilərək çəkmələr(botlar) hazırlanmağa başlanmışdır. “Yüngül Çəkmə(bot)” olaraqda adlandırılan dəri/parça çəkmələrin dəri çəkmələrə görə bəzi üstünlükləri vardır:
Daha yüngül olmaları
Daha rahat və ayağa uyğunlaşma müddətinin qısa olması
Daha tez quruması
Qiymətinin ucuz olması
Anacaq dəri çəkmələrlə(botlarla) müqyisədə dəri/parça çəkmələrin(botların) bəzi mənfi tərəfləri vardır:
Sərt və maneli ərazilərdə ayağa daha uyğunsuzdur
Su keçirtməzlik xüsusiyyəti daha azdır.
Daha dözümsüzdür.
Krampon istifadə etmək və sərt qarda iz açmaq üçün dözümlülüyü azdır.
Bəzi dəri/parça çəkmələr Gore-Tex astardan istehsal edilir və buda yağışda ayağınızın daha quru tuta bilər. Ancaq Gore-Tex astarlı çəkmələr(botlar) hər dərdə dərman deyildir. Əgər körüksüz dilin üzərindən ayaqqabıya su girərsə, su keçirtməz astarda işə yaramaz.
Plastik Çəkmələr (botlar)
Plastik botlar sert plastik üzlükdən və ayrıca içlikdən ibarətdir. Bunlar əslində soyuq iqləmlərdə edilən ekspedisiyalar və buz dırmanmaq üçün hazırlanmışdır. Bu çəkmələrin(botların) plastik üzlükləri çox sərtdir. Dik və qar-buz qarışıq yerlərdə dırmanmaq üçün idealdır. Plastik çəkmələrin sərtlikləri ayağdakı qan dövranını təsir etmədiyi üçün və kranpon taxmaq rahat olduğu üçün rahat istifadə oluna bilər. Su keçirtmədikləri üçün, qarda uzun yürüyüşlər üçündə uyğundur. İçlik əriyən qara təmas etmədiyi üçün ayağı üşütməz. Plastik çəkmələr(botlar) ümumi dağçılıq və təbiət yürüşlərində istifadəyə yararsızdır.
_______________________________________________
© Gənc Dağçılar
Comentarios