top of page

Dağçılıqda qış geyimləri və bədən istiliyinin saxlanılması

  • Gənc Dağçılar Klubu | GDK
  • 21 Kas 2015
  • 3 dakikada okunur

Bədən istiliyi: Qış dağçılığında əsəs önəmli faktorlarıdan biri də bədən istiliyinin mühafizə edilməsidir. Bədən 5 yoldan istilik itirməkdədir.

  1. Radiasiya (Radiation): Bədən tərəfindən çıxarılan istilik öz istəyimiz xaricində radiasiya olaraq çölə çıxmaqdadır. Geyimlərdə radiasiyanı tutmaq qeyri-mümkündür. Radiasiyanı tutmaq üçün tək yol alüminum folqaya bürünməkdir.

  2. Nəfəsalma (Respiration): Ciyərlərdəki havanın çölə xaric edilməsi nəticəsində bədən istilik itirməkdədir. Bu yolla bədən eyni anda, radiasiya, buxarlaşma və nəfəsalma yolu ilə istilik sərf edir. Bunun üçündə qış fəslin şaxtalı dövrlərində soyuq havanın nəfəsalma ilə bədənə daxil olmasının qarşısını almaq üçün ağız və burun nahiyəsinə maska taxmaq zəruridir.

  3. Təmas: İstilik molekullarının bir obyektdən digər obyektə köçürülməsidir. Soyuq və isti bir obyektə toxunanda bədən istiliyi/soyuğu ayırd edib uyğunlaşana kimi istilik itirər.

  4. Transfer (Convection): Bunu istilik yayma kimi də tərcümə edə bilərik. Yəni bədənin bir obyektdən istilik götürüb, digərinə istilik verməsidir. Ümumiyyətlə, həmişə insan bədəninin ətrafını əhatələyən isti hava pərdəsi mövcuddur. Bu hava pərdəsinin istilik göstəricisi, insan bədəninin istiliyinə bərabərdir. Soyuq külək bu istilik pərdəsini məhv etdik də bədəndə öz istiliyini itirməyə başlayacaqdır.

  5. Tərləmə: İnsan bədənində tərləməyin əsas səbəblərindən biri odur ki, bədən öz standart istiliyini mühafizə etmək üçün artıq istiliyi kənara xaric etməkdədir. Yəni tərləmək isti havanın bədəndən çölə atılmasıdır. Nəticədə, isti hava soyuq havadan daha yüngül olduğu üçün yüksəlməyə başlayacaqdır. Yüksələn havanın yerini isə alacaq olan soyuq hava bədənin soyumasını təmin edəcəkdir.

Qış dağçılığında istifadə olunan qoruyucu geyimlər əsas olaraq 2 hissədən ibarət olur.

  1. Xarici-Üst

  2. Daxili-İç

Xarici geyimlər: Əsasən bizi qardan, küləkdən və yağışdan qoruyan geyimlərdir. Bunu da öz növbəsində 4 hissəyə ayırmaq olar.

  1. Gövdə yəni bədən hissəmiz: Üst (mont) alt (salopet)`dən ibarət olmalıdır. Bunlar əsasən Gore-tex sertifikatını daşıyan geyimlər olsa daha çox sizin xeyrinizə ola bilər. Bu geyimlər nə çox geniş, nə çox da dar olmalıdır.

  2. Baş: Bu hissəni siz ya pambıqdan olan papaqla, ya da isti materiala malik olan bandanalar vasitəsilə də qoruya bilərsiniz. Güclü küləyə qarşı maska taxmaq zəruridir. Bir də dağ eynəyi sizi qarın kor edici efektindən qoruması üçün kip və keyfiyyətli olmalıdır. Əgər qarlı zirvələrə yürüyüşlər edəcəksinizsə eynəyi yaddan çıxartmayın, çünki günəş şüalarının qardan düşən əksi nəticəsində sizin bir müddətlik kor olma ehtimalınız çoxdur.

  3. Ayaq: Qoruyucu 4x4 dəri və ya plastik ayaqqabı. Bu ayaqqabılar sizin donmağınızın qarşısını alacaq, rahat hərəkət etməyinizə şərait yaradacaqdır. Ayaqqab sizin gündəlik geyindiyiniz ayaq nömrəsindən(ölçüsündən) ən az 1 və 2 nömrə böyük olmalıdır. Çünki siz öz ayaq ölçünüzdə ayaqqabı alsaz, sonra həmin ayaqqabını yun corab ilə geyindik də dar olma ehtimalı yüksəkdir və dar ayaqqabılarda donma riski yüksəkdir. Bir də əsas olaraq yun corab geyinmək lazımdır. Plastik ayaqqabılarda yun corab tərlədiyi üçün həmişə əlavə yun corabın olması vacibdir.

  4. Əllər: İsti materialdan olan iç əlcək və Gore-tex və ya su keçirməyən materialdan ibarət olan çöl əlcəyin olması vacibdir. İnsan bədənində əllər tez istiliyi itirən bədən üzvü olduğundan bu amillərə nəzər yetirmək zəruridir.

Daxili geyimlər: Bədənin istiliyini saxlaması üçün mövcud olan geyimlərdir.

  1. Pambıq: Pambıqdan ibarət olan geyimlər islandıqda 95% nisbətində su tutduğundan ötəri çox vaxt qış dağçılığında istifadə olunmaz. Adətən bu tipdə olan geyimləri yağış və qardan qoruyaraq istifadə etməlisən. Çünki pambıq islandıqdan sonra quru geyimlərə görə 9% nisbətində daha çox sizi üşüdər.

  2. Yun: Yundan ibarət olan geyimlər dağçılıqda tərcih edilən prioritetli ləvazimatlardır. İstiliyi saxlama özəlliyi digər materiallarla müqayisə edilməyəcək dərəcədə yüksəkdir. Mənfi cəhəti islandıq da quruma müddəti çox vaxt tələb edir.

  3. Likra(Sintetik): Sintetik geyimlərin müsbət cəhəti ondan ibarətdir ki, gec islanan məhsullardır. İslansa belə tez bir zamanda quruyacaqdır. Amma istiliyi qorumaq özəlliyi digər yun materiallarına nisbətən çox aşağıdır.

  4. Qarışıq: Yun və sintetik materialların ortaq istifadə olunması nəticəsində mövcud olan geyimlərin üstünlükləri çoxdur. Adətən bu tip geyimləri dağçılıq idman növləri ilə məşğul olanlar istifadə edirlər. Çünki istiliyi saxlama və qısa vaxt ərzində tez quruma özəlliyinə malikdir.

  5. Polar: Dağçılıqda üstünlük verilən bir geyimdir. Polar tez islanmır, islansa belə qısa müddətdə quruyur. Amma poların küləyin sürət gücünü saxlamaq özəlliyi yoxdur.

__________________________________________

© Gənc Dağçılar


 
 
 

Comentarios


Tanıtılan Yazılar
Son Paylaşımlar
Arşiv
Etiketlere Göre Ara
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2015 Wild Boar Store 

  • Facebook - Black Circle
  • Instagram Social Icon
bottom of page