top of page

Gore-tex nədir ?

  • Gənc Dağçılar Klubu | GDK
  • 20 Kas 2015
  • 2 dakikada okunur

Qısa məlumat

Gore-tex su keçirməyən-nəfəs alabilən bir membran çeşididir. The North Face, Marmot, Mammut, Arc Teryx, Patagonia, Bestard, Chiruca kimi firmalar Gore firmasından aldıqları membranlı parçaları öz məhsulları ilə birləşdirib istifadə edirlər. Bəzi vəziyyətlərdə firmalar öz istehsal etdikləri parçaları Gore-tex membran ilə birləşdirmək üçün Gore` firmasına göndərirlər. Misal üçün, Marmot texnik jaket aldığınızda bu məhsulun kəsimini, tikişini, parçasını Marmot tərəfindən istehsal olunur. Yalnızca jaketdə istifadə edilən Gore-tex layı Gore firması tərəfindən tədarük edilməktədir.

  • Dizayn

Gore-tex`in istehsal olunmasında istifadə edilən vəsaitlər əsas olaraq termo-mexanik üsulla inkişaf etdirilib, politetrafluroetilen (PTFE) və digər fluropolimer əsaslı məhsullardır. Gore-tex istehsalı üçün yüksək keyfiyyətli parçalar, medikal implantlar, filterlər və ən çox bilinən təbiət idman növlərində istifadə etdiyimiz nəfəs alabilən və su keçirməyən astarlardır. Belə bir misal çəkək, çox vaxt bəzi insanların istifadə etdiyi hər-hansı bir firmanın sadə su keçirməyən məhsulu 2 laydan ibarət olur. Çöl lay hissə, normalda naylon və ya polyesterdən istehsal edilir. İç lay isə poliüretandan istehsal olunur. Bu lay su keçirməyin qarşısını alır. Məhsul bu şəkildə su keçirməsə belə, parça nəfəs alabilmədiyi üçün bədəndən çölə atılan tər içəridə qalaraq bizim islanmağımıza səbəb olur.

Gore-tex parçalarda poliüretan və ya pvc yerinə nəfəs alınabilən məsamələrə sahib, fluropolimer (teflon) örtməli incə bir təbəqə parçayla lamine olunmuş sürətiylə birləşdirilmişdir. Bu sayədə parça həm su keçirməyən, həm də içəridə toplanan tər buxarını çölə atabilən özəlliyə sahibdir. Gore-tex`də istifadə olunan membran üzərində hər santimetrə 1,4 milyon məsamə mövcuddur. Bu məsamələr su damlasının 1/20000 qatı qədər kiçikdir. Bu sayədə tər buxarı parçadan çölə atarkən, su içəri keçmir.

  • İstifadəsi

Gore-tex su keçirirmi ? Xeyr. Gore-tex deşilmədikcə, cırılmadıqca su keçirmir. Bəs niyə Gore-tex ayaqqabı və paltarlarımız su keçirir ?

Gore-tex parçalar normalda 3 laydan ibarət olur. Ən üst lay naylon və polyesterdən emal edilir. Bu lay sizi soyuqdan, küləkdən və yağışdan qoruyur. Orta layda Gore-tex membran mövcuddur. Bu hissə ən üst laydan su keçməsi halında bariyer vəzifəsini daşıyır və tərlədiyimizdə təri çölə xaric etməyi təşkil edir.

Ən alt lay isə ortadakı Gore-tex layını qoruyan astardır. Bu astarda təri saxlamayan, tər buxarını sürətli bir şəkildə laylara transfer edən parçalar istifadə olunur.

  • Bəs niyə Gore-tex içində islanırıq ?

Yuxarıda dediyimiz kimi Gore-tex deşilmədikcə, cırılmadıqca su keçirmir. Ən üst layda suyu dəf edən kimyasal maddələr istifadə edilmişdir. Gore-tex məhsulu istifdə olunduqca, yuyulduqca bu lay su keçirməzlik özəlliyini yavaş-yavaş itirir. Təzə aldığımız Gore-tex jaketə su dəydiyində, su laylara dəyən kimi muncuq şəklində jaketdən düşür. Amma bir müddət sonra və ya 3-4 dəfə yuyulmadan sonra eyni şəkildə suyu kənara ata bilmir. Polyester parça suyu çəkib altdakı Gore-tex membranın su ilə dolmasına səbəb olur. Bu membran su keçirməzlik vəzifəsini görməyə davam etsə belə bu səfər təri çölə ata bilmir. Nəticədə, tər içəridə qaldıqca çoxalır və yavaş-yavaş öz tərimizlə islanmağa başlıyarıq. 8 saatlıq bir yürüşdən sonra ayaqlarımız, vücudumuz su içində olar və bunun nəticəsində də çox halda insanlar məhsulun keyfiyyətsizliyindən şikayətlənər. Bunun üçündə Gore-tex və digər bütün outdoor məhsullarda su keçirməzlik-nəfəs alına bilmə özəlliklərini təmin etmək üçün mövcud məhsullarımızı düzənli olaraq qulluq göstərməliyik. Bunun üçün Gore-tex məhsullarımızı ilıq su ilə çirkdən təmizləməli, otaq temperaturunda qurumasını təmin edib, müxtəlif növlü keyfiyyətli kimyasal maddələrlə çöl laylarına vurub, su keçirməzlik özəlliyini yenidən qazandırmalıyıq.

__________________________________________

© Gənc Dağçılar Klubu


 
 
 

Comments


Tanıtılan Yazılar
Son Paylaşımlar
Arşiv
Etiketlere Göre Ara
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2015 Wild Boar Store 

  • Facebook - Black Circle
  • Instagram Social Icon
bottom of page